RU

HƏMAS-ın 491 günlük əsirliyindən sonra İsrailə qayıtdılar

HƏMAS-ın 491 günlük əsirliyindən sonra daha 3 nəfər İsrail sərhədini keçib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb. 

Qəzza zolağından 3 nəfər Qırmızı Xaç tərəfindən təhvil verildikdən sonra İsrail xüsusi təyinatlıları tərəfindən təxliyə edilib.

Məlumata görə, İsrail buna cavab olaraq 183 fələstinli məhbusu azad edəcək.

Ağarza Elçinoğlu 

Избранный
17
unikal.az

1Источники