RU

Alyaskada təyyarə qəzası: 10 ölü



Bir gün əvvəl Alyaskada itən təyyarənin göyərtəsində olan bütün insanlar həlak olub.

Bakupost.az xəbər verir ki, bu barədə AP agentliyi ABŞ Sahil Mühafizəsinə istinadən məlumat yayıb.

“Sahil Mühafizəsinin məlumatına görə, Alyaskanın qərbində qəzaya uğrayan kiçik təyyarənin göyərtəsində olan 10 nəfərin hamısı həlak olub”, - deyə məlumatda qeyd edilir.

Sahil Mühafizəsi indiyədək yalnız üç nəfərin cəsədinin tapıldığını bildirib. Xilasedicilər qalan yeddi nəfərin də cəsədinin təyyarədə olduğunu ehtimal edirlər.
Məlumata görə, təyyarə Nom şəhəri yaxınlığında qəzaya uğrayıb.

Lalə, BakuPost

Избранный
17
bakupost.az

1Источники