![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/8/1/0fbe310c-0061-4c61-86a1-63d656a5550a/vilyam-saliba.jpg)
““Real Madrid” komandasının müdafiə xəttini gücləndirmək niyyətindədir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.
Bildirilib ki, Madrid komandasının prioriteti “Arsenal”ın mərkəz müdafiəçisi Uilyam Salibadır.
Mənbə deyir ki, “topçular” çətin ki, dünyanın ən yaxşı mərkəz müdafiəçisi hesab etdikləri fransızı satmaq istəsinlər. “Arsenal”ın Saliba üçün “Real Madrid”i onu transfer etməkdən çəkindirəcək qonorar istəməsi gözlənilir.
London klubunun dəhlizlərində 23 yaşlı Salibanın gedəcəyi təqdirdə, tarixin ən bahalı müdafiəçisi olacağı ilə bağlı xəbərlər yayılıb.