RU

Güclü külək bir nəfərə xəsarət yetirib – TƏBİB-dən AÇIQLAMA

Bakıda güclü küləklə müşayiət olunan qeyri- sabit hava şəraiti 1 nəfərin xəsarət alması ilə nəticələnib.

Ekologiya.az-ın xəbərinə görə, TƏBİB-dən  bildirib ki, 07-08 yanvar 2025-ci il tarixində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə küləkli hava şəraiti nəticəsində yıxılaraq xəsarət alan 1966-cı il təvəllüdlü 1 nəfər (kişi cinsli) müraciət edib.


"Bədənin müxtəlif hissələrinin yüngül əzilməsi diaqnozu qoyulan xəstəyə zəruri tibbi xidmətlər göstərilib. Ambulator müalicə üçün evə buraxılıb”,- deyə məlumatda qeyd edilib.

Избранный
10
8
ekologiya.az

9Источники