RU

Bir neçə məntəqədə səsvermənin nəticələrinin saxtalaşdırılmasına dair əsaslı şübhələr yaranıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Rəhimli bələdiyyəsinə keçirilən seçkidə 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsinin 24, 52, 53 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin saxtalaşdırılmasına dair əsaslı şübhələr yaranıb.
Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında məlumat verilib.
Bildirilib ki, bununla bağlı müvafiq seçki subyektlərinin əməlində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün göstərilən seçki sənədləri Baş Prokurorluğa göndəriləcək.
Daha çox foto burada: PhotoStock.az
Aləmdə Nəsib
Избранный
106
28
oxu.az

10Источники