RU

Alimlərdən Ayla bağlı yeni kəşf: Böyük toqquşma nəticəsində...

Alimlər Ayın səthindəki nəhəng kanyonların 10 dəqiqədən az müddətdə əmələ gələ biləcəyini aşkar ediblər.

Publika.az xəbər verir ki, yeni araşdırmalara görə, böyük toqquşma nəticəsində Ayın səthində iki nəhəng kanyon bir-birindən bir neçə dəqiqə sonra yaranıb.

Alimlər Ayın cənub qütbünün yaxınlığında Şrödinger kraterindən xaricə uzanan Vallis Şrödinger və Vallis Plank adlı iki böyük kanyonu tədqiq ediblər.

Bu nəhəng strukturların, böyük bir göy cisminin Aya dəyməsi nəticəsində atılan materiallardan əmələ gəldiyi düşünülür.

Planetoloq David Krinq və ABŞ-dakı Ay və Planet İnstitutundan olan komandası Ayın səthinin şəkillərini təhlil edərək, bu toqquşma nəticəsində onun hansı forma alacağını modelləşdiriblər.

Избранный
22
publika.az

1Источники