RU

İş adamı AZAL-ın təyyarəsində ölənlərin yaxınlarına EV VERDİ

Azərbaycanlı iş adamı təyyarə qəzasında həlak olan qazaxıstanlı ailələrə mənzil bağışlayıb.

Publika.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu özünün "Facebook" səhifəsində məlumat verib.

O qeyd edib ki, Qazaxıstanın Almatı şəhərində yaşayan azərbaycanlı xeyriyyəçi Amil Yusifov bu addımı atıb:

"Qazaxıstanda yaşayan azərbaycanlı biznesmen Amil Yusifov kimdirsə, böyük ürək sahibidir. O, 25 dekabrda təyyarə qəzasında həlak olanların xatirəsinə həsr olunmuş anım mərasimində Almatının yeni yaşayış kompleksində beş ikiotaqlı mənzilin açarlarını həlak olan qazaxıstanlıların yaxınlarına təqdim edib. Bundan başqa, xeyriyyəçi Mangistau vilayətinin Fövqəladə Hallar Departamentinə, Aktau xəstəxanasına və təcili və təxirəsalınmaz tibbi yardım stansiyasına üç yeni avtomobil hədiyyə edib".

Избранный
84
5
publika.az

8Источники