RU

Bakıda küçəni SU BASDI: Sakinlər çətin vəziyyətdə - VİDEO

Bakının Sabunçu rayonu, Anaşkin küçəsi, 27 ünvanını su basıb, nəticədə sakinlərin əsas yolla əlaqəsi kəsilib. Avtosfer.az-ın məlumatına görə, sakinlər deyirlər ki, bir neçə aydır küçəni su basdığı üçün onların əsas yola çıxışı bağlanıb. Məcbur qalan sakinlər qəsəbədaxili yollarla gedərək məsafəni 4-5 kilometr uzatmalı olurlar. Onların sözlərinə görə, suyun səviyyəsi çox olduğundan ərazidən avtomobillə keçmək də çətinləşib. Bəzən isə məcburi şəkildə keçirlər, bu da maddi zərərlə nəticələnir.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən ''Xəzər Xəbər''ə bildiriblər ki, Sabunçu rayon Su Kanal İdarəsinin qəza xidmətinin əməkdaşları ərazidə araşdırma aparırlar. Araşdırmadan sonra uyğun tədbirlər görüləcək.

Daha ətraflı videomaterialda.

Избранный
18
1
avtosfer.az

2Источники