RU

Liqa 1: “Lans” evdə, “Renn” səfərdə qalib gəldi, “Lill” uduzdu

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2024/2025-ci illər mövsümünün 21-ci turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutub.

“Nitsa” doğma meydanda “Lans”a 2 cavabsız qolla qalib gəlib. Üç qolun qeydə alındığı “Lill” – “Havr” matçında qonaqlar qələbə qazanıblar. “Sent Etyen” isə evdə “Renn”ə 2 cavabsız qolla uduzub.

21-ci turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
21-ci tur
7 fevral

Nant – Brest 0:2
Qollar: Ayorke, 9. Melu, 90+6.

PSJ – Monako 4:1
Qollar: Vitinya, 6. Kvaratsxeliya, 54. Dembele, 57; 90 – Zakariya, 17.

8 fevral

Nitsa – Lans 2:0
Qollar: Laborde, 10-pen. Klauss, 64.

Lill – Havr 1:2
Qollar: Akpom, 90+7 – A.Hassan, 38. Sumare, 56.

Sent Etyen – Renn 0:2
Qollar: Kalimuendo, 15. Naqida, 85.

9 fevral

18:00. Olimpik (Lion) – Reyms
20:15. Oser – Tuluza
20:15. Strasburq – Monpelye
23:45. Anje – Olimpik (Marsel)

Избранный
83
arena.az

1Источники