RU

La Liqa: Madrid derbisində hərəyə 1 qol və 1 xal

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2024/2025-ci illər mövsümünün 23-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Atletik” doğma meydanda qarşılaşdığı “Jirona”nı 3 cavabsız qolla məğlub edib.

Beş qolun qeydə alındığı “Selta” – “Betis” matçında meydan sahibləri çətin və əzmkar qələbəyə seviniblər. Üç qolluq “Las Palmas” – “Vilyarreal” matçında isə qonaqlar qələbə qazanıblar.

Turun mərkəzi oyununda “Real” “Atletiko”nu qəbul edib. Madrid derbisində tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.

23-cü turun qalan görüşləri qarşıdakı günlərdə keçiriləcək.

İspaniya, La Liqa
23-cü tur
7 fevral

Rayo Valyekano – Valyadolid 1:0
Qol: A.Qarsiya, 71.

8 fevral

Selta – Betis 3:2
Qollar: Beltran, 63. X.Rodriqes, 65. Svedberq, 87 – Antoni, 10. Lyorente, 22.

Atletik – Jirona 3:0
Qollar: Sanset, 42-pen; 45; 79.

Las Palmas – Vilyarreal 1:2
Qollar: Fuster, 84 – Baena, 53. A.Peres, 66.

Real – Atletiko 1:1
Qollar: Mbappe, 50 – X.Alvares, 35-pen.

9 fevral

17:00. Alaves – Xetafe
19:15. Valensiya – Leqanes
21:30. Real Sosyedad – Espanyol
00:00. Sevilya – Barselona

10 fevral

00:00. Malyorka – Osasuna

Избранный
104
arena.az

1Источники