RU

Yüzlərlə londonlu etiraz aksiyasına çıxıb

Yüzlərlə

Londonda 1 min nəfərdən çox insan Çin Xalq Respublikasının səfirliyinin tikintisi üçün nəzərdə tutulan ərazinin yaxınlığında toplaşıb. “Ulusum”.az xəbər verir ki, bu barədə The Guardian qəzeti məlumat verib.Qəzetin məlumatına görə, Çin "məhəbbət səfirliyi" əleyhinə keçirilən etirazda, ərazidəki diplomatik nümayəndəliyin müxalif fikirləri təqib etmək və ya qeyri-qanuni həbs etmək məqsədilə istifadə oluna biləcəyindən narahat olan insanlar iştirak edib.Məqaləyə görə, bu, 2 hektar (20.000 kvadrat metr) sahə üzərində tikilməlidir. Əgər burada səfirlik binası inşa edilərsə, o, Avropadakı ən böyük diplomatik nümayəndəlik olacaq. Çin hökuməti bu tikinti icazəsini ikinci cəhddə alıb: bu, Böyük Britaniyada İşçi Partiyasının hakimiyyətə gəlməsi və Çin Xalq Respublikasının Prezidenti Si Cinpininin birbaşa Baş nazir Kira Starmerlə bu tikinti haqqında müzakirə etməsi nəticəsində mümkün olub. Məhkəmə iclası növbəti həftə keçiriləcək, son qərarı isə Böyük Britaniya Baş nazirinin müavini və mənzil işləri naziri Andrea Reyner verəcək.Səidə

Diqqət Çəkənlər

Şişkinlik və ağırlıq: Kimə müraciət edim?

Yarıçılpaq aktivist Le Penin mitinqini pozmağa cəhd edib - Foto

FHN: Ötən gün 9 nəfər xilas edilib

Избранный
33
ulusum.az

1Источники