Bu ay “Milan”a keçən Santyaqo Ximenes “Rossoneri”nin heyətində qol vuran ilk meksikalı olub.
Msport.az xəbər verir ki, 23 yaşlı forvard İtaliya çempionatının son turunda “Empoli”yə qalib gəldikləri oyunun (2:0) ikinci hissəsində meydana çıxıb və 76-cı dəqiqədə gözəl qola imza atıb.
“Opta”nın məlumatına görə, Ximenes həmçinin “Cenoa”da 4 dəfə fərqlənən Xoan Vaskes və “Napoli”nin rəqiblərini 23 dəfə məyus edən İrvinq Losanodan sonra A Seriyasında qol vuran üçüncü meksikalı olub.