Bakı. Trend:
Bu gün Misli Premyer Liqasında XXII tura start veriləcək.
Trend xəbər verir ki, ilkoyun günündə iki qarşılaşma keçiriləcək.
Saat 14:30-da başlayacaq oyunda “Şamaxı” evdə “Sumqayıt”ı qəbuledəcək. “Şamaxı” hazırda turnir cədvəlində
17 xalla 9-cu pillədədir. 22 xala malik “Sumqayıt” isəaltıncıdır.
Günün ikinci matçında isə “Sabah”la “Turan Tovuz” qarşılaşacaq.“Bank Respublika Arena”da keçiriləcək oyun saat 17:00-dabaşlayacaq. 36 xala malik “Turan Tovuz” hazırda turnir cədvəlinin4-cü pilləsində qərarlaşıb. “Sabah” isə 28 xalla beşincidir.
Misli Premyer Liqası -XXII tur
9 fevral
14:30. “Şamaxı” – “Sumqayıt”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, ƏliƏliyev.
VAR: Tural Qurbanov.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Munis Abdullayev.
Şamaxı şəhər stadionu
17:00. “Sabah” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov,Elvin Bayramov.
VAR: Cavid Cəlilov.
AVAR: Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
“Bank Respublika Arena”
Qeyd edək ki, XXII turun digər oyunları fevralın 10-da və 11-dəkeçiriləcək.