ABŞ Prezidenti Donald Tramp bildirib ki, o, hərbi əməliyyatlara əl atmaqdansa, İranla saziş bağlamağa üstünlük verir.
Tramp bu barədə "The New York Post" qəzetinə müsahibəsində danışıb.
"Mən İranla nüvə sazişi bağlamaq istərdim. Bombardmandansa, bunu tərcih edərdim," - deyə Tramp vurğulayıb.
Onun sözlərinə görə, belə bir razılaşma əldə olunarsa, İsrail İrana hücum etməyəcək. Bununla belə, Tramp potensial danışıqların təfərrüatını açıqlamaqdan imtina edib.
Razılaşmanın müqabilində İrana konkret nə təklif edəcəyi ilə bağlı suala isə Tramp belə cavab verib: "Bunu deyə bilmərəm, çünki bu çox sərtdir. Ancaq mən onları bombalamayacağam," - ABŞ Prezidenti əlavə edib.