Demokrat.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Rusiyanın mövcud durumundan danışan politoloq Zərdüşt Əlizadə söyləyib.
“Bu gün artıq Rusiyanı heç kim xilas edə bilməz. Heç bir möcüzə, yaxud hansısa siyasi qəhrəman gəlib o dağılmaqda, ölməkdə olan vücudu xilas edə bilməz. Bu cür vəziyyətdə belə, bu bədbəxtlər dünənki müttəfiqlərinə, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşduqları xalqlara təzyiqlər göstərir, təcavüzlər edirlər…
SSRİ dövründə pis-yaxşı formalaşmış bütün sənaye müəssisələrini texnologiyaları dağıtdılar, bütün elmi tutumlu, inkişaf etmiş sənaye potensialını tari-mar etdilər, əvəzində isə ciddi heç nə yaratmadılar, qurmadılar.. Təsəvvür edin ki, 1989-cu ildə dünya aviasiya parkının 40 faizini Sovet İttifaqı istehsal edirdi. İndiki Rusiya isə heç bir faizini də istehsal edə bilmir. Bütün alimləri, texnoloqları pərən-pərən saldılar. Görkəmli rus ailimləri getdilər Amerikada Nobel mükafatı aldılar. Bütün bunlar Rusiyanın siyasi hakimiyyətinin mahiyyətidir. Odur ki, artıq Rusiyanın kitabı bağlanıb. Onun əhalisini də yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır. Bir az imkanı olanlar Türkiyəyə, Misirə, nə bilim Yaponiyaya kefə, dincəlməyə gedirlər. Ölkələrinin gələcəyi isə onları maraqlandırmır. Odur ki, Rusiya addım-addım uçuruma gedir. Və göz-görəti Cənubi Qafqazdan da gedir. Azərbaycandan qoşunlarını çıxardı, getdi, Gürcüstandan getdi. İndi yavaş-yavaş Ermənistandan da gedir. Vəssəlam… Bir daha təkrar edirəm, artıq Rusiyanı xilas etmək mümkün deyil. Və buna çox baş qoşmaq lazım deyil. Bizim öz problemlərimiz, xüsusən daxili problemlərimiz özümüzə bəsdir”, -deyə yekunda Zərdüşt Əlizadə diqqətə çatdırıb.
6Источники
-
demokrat.az"Rusiyanın kitabı bağlanıb, xilası mümkün deyil" — Zərdüşt Əlizadə ( 15351351)
-
bakuinfo.net“RUSİYANIN KİTABI BAĞLANIB...” - “Artıq onu xilas etmək mümkün deyil” ( 15344511)
-
mia.azZərdüşt Əlizadə: "Artıq Rusiyanı heç kim xilas edə bilməz" - "Bizim öz daxili problemlərimiz özümüzə bəsdir” ( 15340593)
-
azpolitika.info“RUSİYANIN KİTABI BAĞLANIB...” - “Artıq onu xilas etmək mümkün deyil” ( 15340305)
-
turanpress.com“Artıq heç bir möcüzə, hansısa bir siyasi qəhrəman Rusiyanı xilas edə bilməz...” ( 15327621)
-
moderator.az“Artıq heç bir möcüzə, hansısa bir siyasi qəhrəman Rusiyanı xilas edə bilməz...” ( 15327539)