AZ

"Rusiyanın kitabı bağlanıb, xilası mümkün deyil" — Zərdüşt Əlizadə

“Rusiya adlanan qurum 90 ilə yaxındır ki, aşınma prosesi yaşayır”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Moderator.az-a açıqlamasında Rusiyanın mövcud durumundan danışan politoloq Zərdüşt Əlizadə söyləyib.

“Bu gün artıq Rusiyanı heç kim xilas edə bilməz. Heç bir möcüzə, yaxud hansısa siyasi qəhrəman gəlib o dağılmaqda, ölməkdə olan vücudu xilas edə bilməz.  Bu cür vəziyyətdə belə, bu bədbəxtlər dünənki müttəfiqlərinə, vaxtilə faşizmə qarşı çiyin-çiyinə vuruşduqları xalqlara təzyiqlər göstərir, təcavüzlər edirlər…

SSRİ dövründə pis-yaxşı formalaşmış bütün sənaye müəssisələrini texnologiyaları dağıtdılar, bütün elmi tutumlu, inkişaf etmiş sənaye potensialını tari-mar etdilər,  əvəzində isə ciddi heç nə yaratmadılar, qurmadılar.. Təsəvvür edin ki, 1989-cu ildə dünya aviasiya parkının 40 faizini Sovet İttifaqı istehsal edirdi.  İndiki Rusiya isə heç bir faizini də istehsal edə bilmir. Bütün alimləri, texnoloqları pərən-pərən saldılar. Görkəmli rus ailimləri getdilər Amerikada Nobel mükafatı aldılar. Bütün bunlar Rusiyanın siyasi hakimiyyətinin mahiyyətidir. Odur ki, artıq Rusiyanın kitabı bağlanıb. Onun əhalisini də yalnız “vodka”, pivə, yemək-içmək maraqlandırır. Bir az imkanı olanlar Türkiyəyə, Misirə, nə bilim Yaponiyaya kefə, dincəlməyə gedirlər. Ölkələrinin gələcəyi isə onları maraqlandırmır. Odur ki, Rusiya addım-addım uçuruma gedir. Və göz-görəti Cənubi Qafqazdan da gedir. Azərbaycandan qoşunlarını çıxardı, getdi, Gürcüstandan getdi.  İndi yavaş-yavaş Ermənistandan da gedir. Vəssəlam… Bir daha təkrar edirəm, artıq Rusiyanı xilas etmək mümkün deyil. Və buna çox baş qoşmaq lazım deyil. Bizim öz problemlərimiz, xüsusən  daxili problemlərimiz özümüzə bəsdir”, -deyə yekunda Zərdüşt Əlizadə diqqətə çatdırıb.
Seçilən
8
2
demokrat.az

6Mənbələr