RU

Misir Ərəb Liqasının fövqəladə sammitini çağırıb

Misir fevralın 27-də Ərəb Dövlətləri Liqasının fövqəladə sammitini çağırıb.

AzPost xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, sammitin gündəliyinə Fələstin məsələsi ilə bağlı son təhlükəli proseslər və Fələstinin xahişi ilə yüksək səviyyəli görüşün daxil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin Misir və İordaniyaya köçürülməsi barədə təklifinə Qahirə qəti etiraz edib. Sammitdə əsas müzakirə mövzusunun da bu məsələ olacağı gözlənilir.

Bu təşkilat, ərəb dövlətlərinin beynəlxalq təşkilatı hesab olunur. Hal-hazırda təşkilata 22 dövlət daxildir.Bu təşkilat Misir, İraq, İordaniya, Livan, Səudiyyə Ərəbistanı, Suriya və Yəmən tərəfindən 22 mart 1945-ci ildə yaradılıb.Təşkilatın mərkəz-qərargahı Qahirə şəhərində yerləşir,

Bizi “TikTok”da izləyin  

Избранный
41
8
azpost.info

9Источники