NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq Norveçin yeni hökumətində maliyyə naziri vəzifəsinə təyin olunub.
Parol.az xəbər verir ki, onun bu təyinatı gözlənilməz olub.
Qeyd edək ki, bu vəziyyət Avropa İttifaqının qəbul etdiyi 4-cü enerji paketi ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən baş verib. Nəticədə maliyyə naziri Trüqve Slaqsvold Vedum, müdafiə naziri Byörn Aril Qram və ədliyyə naziri Emili Enqer Mel də daxil olmaqla əsas nazirlər istefa veriblər.