Keçmiş ispan futbol hakimi Pavel Fernandes La Liqanın 23-cü turunda "Real" - "Atletiko" (1:1) oyununu şərh edib.
Offsideplus.az "Çempionat"a istinadən xəbər verir ki, o, Daniel Sebalosun Pablo Barriosla kobud hərəkətinə görə qırmızı vərəqə almamasının səbəbini açıqlayıb.
Fernandes öz rəsmi "X" hesabında məsələyə belə aydınlıq gətirib. “Niyə VAR bu epizodda müdaxilə etmədi? Çünki aksiya yer səviyyəsində baş verib. Bu qırmızı vərəqə deyil".
Xatırladaq ki, 25-ci dəqiqədə "Real"ın yarımmüdafiəçisi Daniel Sebalos sürüşmə fəndi ilə topu alarkən rəqib yarımmüdafiəçi Pablo Barriosun ayağına basıb. Baş hakim Sezar Soto Qrado meydan sahiblərinin futbolçusuna sarı kart göstərib.
Hüseyn Rəşadoğlu