Çoxdandır qələbə həsrətində idik.
Publika.az xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının XXII turunda "Sumqayıt"la matçdan sonra açıqlamasında bildirib.
Mütəxəssis qələbəni "Şamaxı"nın bir müddət öncə dünyasını dəyişən azarkeşi Davud Fətəliyevə həsr etdiklərini deyib:
“Azarkeşlərimizə təşəkkür edirəm, həqiqətən yaxşı dəstək verdilər. Çoxdandır qələbə həsrətində idik. Qələbəni Davud babamıza həsr edə bilərik. Çünki çox sadiq azarkeş idi. Ürəyi “Şamaxı” ilə döyünürdü, Allah ona rəhmət eləsin".
A.Abbasov oyun ərzində xeyli qol şansı əldə etdiklərini də vurğulayıb: