RU

Dürüstlük və şəffaflıq hər şeydən qiymətlidir...

Səhər kürədə çörək bişirirəm, 9-10 yaşlarında bir qız uşağı gəldi.
- Əmi, iki dənə çörək verin, amma qaynar olsun, qamqaynar...

Kürədən yeni çıxardığım iki çörəyi kağıza bükərək, ona verib dedim:
-Elə indicə çıxıb, ehtiyatlı ol, əllərini yandırmasın.

Qəpikləri ovcuma töküb, götürüldü.

Ovcumdakı sikkələrin yüngül olduğunu dərhal hiss edib, baxdım. Cəmi 65 qəpik idi. Amma 2 çörək 1 manat edir. Çörək bahalaşsa da, mən hələ qiyməti qaldırmamışam ki, camaat ala bilsin. Bununla belə, zavod çörəyi dominantlığını qoruyur. Qonşu dükan gün ərzində azı 100 zavod çörəyi satdığı halda, mən onunu güclə satıram.

- Ay qızım, ay xanım! - istər-istəməz onu səslədim və dönüb baxdı. Barmağımın işarəsiylə çağırdım. Gəldi.

- İki çörək 1 manat edir, qızım, amma sən 65 qəpik verdin.

- Hə, səhv etmişəm, bağışlayın, - o zərrə qədər təəccüblənmədən və çaşmadan qəpikləri məndən aldı, sayıb, 15 qəpik götürdü və 50 qəpiyini qaytardı. Getmək istəyəndə dedim:

- Axı iki çörək almısan...
- Hə, amma mən birini istəmişdim, siz ikisini verdiniz.
- Pulun yoxdursa, ikisini götür, amma bil ki, ikisi bir manat edir.
- Yox, - o cavab verdi və çörəyin birini geri qaytarıb getdi...

Mənim düşüncəmə görə, uşaq və ya böyük fərq etməz. Əgər adamın nəyəsə ehtiyacı varsa, yaxud imkanı çatmırsa, bunu açıq etiraf etməlidir. Ola bilər ki, utanır, yaxud qüruruna sığışdırmır. Ancaq bu, yalan danışmağa, oyunbazlıq, oğurluq etməyə, kəf gəlməyə, sui-istifadəyə əsas vermir.

Mən ehtiyacı olanlara pulsuz çörək verə biləcəyimi elan etmişəm və bunu çoxları bilir. Ancaq bu, leqal və dürüst şəkildə olmalıdır.

İki gün əvvəl gecə saat 12-dən sonra qonşuluqda yaşayan bir oğlan gəldi ki, valideynləri ilə dalaşıb, özü də acdır. Ona bir çörək verə bilərəmmi, pulunu sonra verər.

Belə şeylərə həssasam. Ona dərhal çörək verdim və pula ehtiyac olmadığını dedim.

Dürüstlük və şəffaflıq hər şeydən qiymətlidir, mənə görə...

Müəllif: Nadir Qocabəyli 

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
16
Demokratikmusavat.com

1Источники