Misli Premyer Liqasının XXII turunda daha bir matç keçirilib.
Yenisabah.az xəbər verir ki, “Turan Tovuz” səfərdə “Sabah”la qarşılaşıb.
“Bank Respublika Arena”da keçirilən oyun meydan sahiblərinin qələbəsilə başa çatıb - 2:1.
Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.
Qeyd edək ki, XXII turun bu gün keçirilən “Şamaxı” - “Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb - 1:0.
Telegram kanalımız