AZ

“Turan Tovuz” səfərdə “Sabah”a məğlub oldu

Misli Premyer Liqasının XXII turunda daha bir matç keçirilib.

Yenisabah.az xəbər verir ki, “Turan Tovuz” səfərdə “Sabah”la qarşılaşıb.

“Bank Respublika Arena”da keçirilən oyun meydan sahiblərinin qələbəsilə başa çatıb - 2:1.

Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Qeyd edək ki, XXII turun bu gün keçirilən “Şamaxı” - “Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb - 1:0.


Telegram kanalımız
Seçilən
44
3
yenisabah.az

10Mənbələr