RU

“Turan Tovuz” səfərdə “Sabah”a məğlub oldi - VİDEO

Misli Premyer Liqasının XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub.

Bizim.Media xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.
 

Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. “Turan Tovuz”un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.


Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.

Qeyd edək ki, XXII turun bu gün keçirilən “Şamaxı” - “Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb - 1:0.






Bizim.Media

Избранный
17
16
bizim.media

10Источники