RU

"Turan Tovuz” səfərdə “Sabah”a uduzdu 

Misli Premyer Liqasının XXII turunda “Turan Tovuz” səfərdə “Sabah”a məğlub olub.

 

Modern.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən görüş Bakı klubunun 2:1 hesablı qələbəsi ilə bitib.

 

Meydan sahiblərindən Pavol Safranko (50-p.) və Cesse Sekidika (59) fərqlənib. “Turan Tovuz”un yeganə qolunu isə Aleks Souza (15) rəqib qapısından keçirib.

 

Hazırda turnir cədvəlində beşinci pillədə yer alan “Sabah” bu nəticədən sonra xallarının sayını 31-ə yüksəldib. 36 xala malik “Turan Tovuz” isə dördüncüdür.

 

Qeyd edək ki, XXII turun bu gün keçirilən “Şamaxı” - “Sumqayıt” matçında meydan sahibləri qələbə qazanıb - 1:0.

Избранный
71
16
modern.az

10Источники