Goranboyda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.
Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Zeyvə kənd yolunda qeydə alınıb.
"VAZ-2107" və pikap tipli avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.
Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.