AZ

Goranboyda “07" və pikap toqquşub, ölən və xəsarət alanlar var - FOTO

Goranboyda avtomobillər toqquşub, ölən və xəsarət alanlar var.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Zeyvə kənd yolunda qeydə alınıb.

"VAZ-2107" və pikap tipli avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, daha bir neçə nəfər xəsarət alıb.

Zərərçəkənlər Goranboy Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Goranboyda

Seçilən
51
7
avtosfer.az

8Mənbələr