RU

"Qalatasaray" - "Adana Dəmirspor" matçı yarımçıq qaldı

Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

90deqiqe.Az xəbər verir ki, "Kasımpaşa" doğma meydanda "Rizəspor"u qəbul edib. Görüşdə meydan sahibləri 3:2 hesablı çətin qələbə qazanıb.

"Fənərbağça" səfərdə "Alanyaspor"un qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

"Qalatasaray" isə doğma meydanda "Adana Dəmirspor"la qarşılaşıb. Görüşdə İstanbul təmsilçisi 1:0 öndə olarkən qonaq komandanın futbolçuları 30-cu dəqiqədə meydandan çəkilib.

"Adana Dəmirspor"un futbolçuları hakimlə danışdıqdan sonra paltardəyişmə otağına yollanıb.

"Adana Dəmirspor" "Qalatasaray"ın Mertensin qazandığı penaltiyə etiraz olaraq meydanı tərk etmək qərarına gəlib.

Избранный
40
90deqiqe.az

1Источники