RU

Metronun Həzi Aslanov stansiyasının qarşısındakı yol çökür - Aidiyyəti qurum nə deyir? VİDEO

Metronun Həzi Aslanov stansiyasının qarşısındakı yol çökməkdədir.

Xezerxeber.az xəbər verir ki, söhbət Xətai rayonu, Məhəmməd Hadi küçəsindən gedir. Həzi Aslanov metrostansiyasının qarşısındakı yol çökərək belə vəziyyətə düşüb. Hətta bəzi şəxslər illərdir həmin ərazidə yolun bu cür olduğunu deyirlər.

Sürücülər bildirirlər ki, həmin hissə bir-iki dəfə təmir edilsə də, yenə mənzərə ciddi şəkildə dəyişməyib.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən "Xəzər Xəbər"ə bildirildi ki, sözügedən problemdən xəbərdardırlar. Aidiyəti üzrə məlumat verilib və yaxın günlərdə yolun çökən hissəsi təmir ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Избранный
22
14
xezerxeber.az

10Источники