RU

BMT: Qəzzada atəşkəs aclığın qarşısını almağa kömək edib

İsrail və HƏMAS arasında Qəzza zolağında atəşkəs anklavda aclığın qarşısını əhəmiyyətli dərəcədə almağa imkan verib, lakin vəziyyət mürəkkəb olaraq qalır.

Demokrat.az xəbər verir ki, bunu BMT-nin fövqəladə yardım koordinatoru və təşkilatın Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsinin (OCHA) rəhbəri Tom Fletçer İsrail və Qəzza zolağına iki günlük səfərindən sonra "Associated Press"ə müsahibəsində bildirib.

"Düşünürəm ki, aclıq təhlükəsinin qarşısı böyük ölçüdə alınıb. Qida çatışmazlığı atəşkəsdən əvvəlki dövrlə müqayisədə daha aşağıdır", - o deyib.

Bununla belə, Fletçer qeyd edib ki, şərait hələ də acınacaqlıdır və insanlar humanitar böhran içərisindədir. "Əgər atəşkəs uğursuz olarsa və pozularsa, tezliklə aclıq geri qayıdacaq", - o vurğulayıb.

Fletçer İsrail və HƏMAS-ı atəşkəs şərtlərinə əməl etməyə çağırıb. O əlavə edib ki, Qəzza əhalisinin daha çox ərzaq, dərman, çadır və sığınacağa ehtiyacı var və anklavda yoluxucu xəstəliklərin yayılması təhlükəsi mövcuddur.

Избранный
120
17
demokrat.az

10Источники