RU

"Səmada atasına daha yaxın olduğunu hiss edirdi..." - Milli Qəhrəmanın ANASI

Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin pilotu, Milli Qəhrəman Aleksandr Kalyaninov Bakıda anadan olub, milliyətcə rusdur, orta təhsilini Bakıda, ali təhsilini isə Ukraynada alıb. 

Modern.az xəbər verir ki, "İctimai TV" onun haqqında reportaj hazırlayıb.

Rusiyanın Qroznı səmasında vurduğu Azərbaycan təyyarəsinin gənc pilotu evin tək övladı olub. 

Yeganə övladını itirən ana Yelena Kalyaninova üçün yaşamaq indi olduqca çətindir. Onun yeganə təsəllisi oğlunun bütün Azərbaycanın qəhrəmanına çevrilməsidir.

Aleksandrın ən böyük arzusu atası kimi pilot olmaq olub. Onun atası helikopter pilotu olub və bir müddət əvvəl infarkt səbəbindən vəfat edib. 

Reportajı təqdim edirik:

 

Избранный
41
1
modern.az

2Источники