RU

Avropadan 3 medalla qayıtdılar

Polşanın Bielsko-Biala şəhərində karate (WKF / idman karatesi) üzrə yeniyetmə, gənclər və U-21 yaş kateqoriyalarının 52-ci Avropa çempionatı başa çatıb.   Manset.az Azərbaycan Karate Federasiyasına istinadən xəbər verir ki, milli komandanın üzvləri yarışdan 3 medalla dönürlər.

Yığmanın heyətində Ələddin Məlikov (16-17 yaş / 68 kiloqram) gümüş, Vüsal Qənbərov (14-15 yaş / 52 kiloqram) və Əliəşrəf Qafarov (14-15 yaş / 57 kiloqram) bürünc mükafata yiyələnib.

Избранный
88
11
manset.az

10Источники