RU

Şimali koreyalılar Rusiyaya axışır - ŞOK STATİSTİKA

2024-cü ildə minlərlə şimali koreyalı işçi Rusiyaya göndərilib.

Azreform.info Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Milli Kəşfiyyat Xidmətinə istinadən məlumat yayıb.

BMT Təhlükəsizlik Şurasının Şimali Koreyanın silah sınaqlarına cavab olaraq qəbul etdiyi qətnamələrə əsasən, bu ölkənin vətəndaşlarının xaricdə işləməsi qadağan olunub və bütün şimali koreyalı işçilərin 2019-cu ilin dekabrına qədər geri qayıtması tələb olunub.

Rusiyanın Federal Dövlət Statistikası Xidmətinin (“Rosstat”) məlumatlarına əsasən, keçən il Rusiyaya 13221 şimali koreyalı daxil olub, 2023-cü ildə bu rəqəm 1117, 2022-ci ildə isə 223 nəfər olub.

2024-cü ildə isə 3098 nəfər iş məqsədilə gəlib, 53 nəfər turizm məqsədilə, 287 nəfər şəxsi məqsədlər üçün gəlib. 234 nəfər tranzit olaraq Rusiyadan keçib. Digər 1648 nəfər isə xidmət personalı olaraq qeyd olunub.

Избранный
9
2
azreform.info

3Источники