RU

Sabiq baş nazirə sui-qəsddə ittiham olunan şəxsə 15 il cəza istənilib

Yaponiya prokurorları 2023-cü ilin yazında o vaxtkı baş nazir Fumio Kişidaya hücum etməyə cəhd edən Ryuji Kimura üçün 15 il həbs istəyib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya ictimai televiziyası məlumat yayıb.

Kimuranın müdafiəsi iddia edir ki, o, baş naziri öldürmək niyyətində olmayıb, baxmayaraq ki, o, hücumun əvvəlcədən planlaşdırıldığını etiraf edir.

5 aprel 2023-cü ildə Vakayamada Kişidanın çıxışından əvvəl 25 yaşlı Kimura ona möhürlənmiş polad boru parçasına bənzəyən silindrik obyekt atıb və o, partlaylb. 

Mühafizəçilərin hərəkətləri sayəsində baş nazir xəsarət almadan qalsa da, bir polis əməkdaşı yaralanıb.

Избранный
6
ucnoqta.az

1Источники