RU

"Zirə" bu gün "Neftçi"ini qəbul edəcək

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun daha iki görüşü keçiriləcək.

Bizim.Media xəbər verir ki , "Araz-Naxçıvan" "Kəpəz"i saat 16:00-da, "Zirə" isə "Neftçi"ni saat 19:00-da qəbul edəcək.

Xatırladaq ki, turun digər oyunlarında "Sabah" "Turan Tovuz"u 2:1, "Şamaxı" "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, tura sabah keçiriləcək bir qarşılaşma ilə yekun vurulacaq. "Qarabağ" doğma meydanda "Səbail"i qəbul edəcək.

10 Fevral

Azərbaycan Premyer Liqası

XXII tur

Saat 16:00, "Araz-Naxçıvan" - "Kəpəz";

Saat 19:00, "Zirə" - "Neftçi"


Bizim.Media 

Избранный
47
50
bizim.media

10Источники