ABŞ prezidenti Donald Tramp Qəzzaya sahib olacağını və onu Yaxın Şərqdəki digər zəngin ölkələr vasitəsilə inşa edəcəyini deyib.
Publika.az xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O, qəzzalıların geri dönməsinə icazə verməyin böyük səhv olacağını iddia edib: "Bunu böyük bir daşınmaz əmlak inkişafı kimi düşünün və ABŞ buna yavaş-yavaş, sahib olacaq. Mən Qəzzanı satın almaq və ona sahib olmaqda qərarlıyam. Biz imkan verəcəyik ki, digər ölkələr də onun hissələrini inkişaf etdirsinlər. Bu gözəl olacaq. Dünyanın hər yerindən insanlar gəlib orada yaşaya bilərlər”.
Tramp Qəzzanın tam dağıntı yeri olduğunu vurğulayıb: “Ora geri alınacaq və təmir olunacaq. Orada heç kim olmayacaq. HƏMAS olmayacaq. Biz Yaxın Şərqdəki digər çox zəngin ölkələr vasitəsilə tikinti aparacağıq. Fələstinlilərə yaşamaq üçün yaxşı yerlər tikəcəklər.