RU

Azərbaycanda sağalmaz xəstəliklər üzrə sığorta yığımları və ödənişləri kəskin artıb

Azərbaycanda ötən il sağalmaz xəstəliklər üzrə könüllü sığortadan toplanan yığımlar və ödənişlərin həcmi məlum olub.

Fins.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə bu növ sığorta üzrə toplanmış sığorta haqlarının həcmi 6 milyon 853 min manat təşkil edib. Bu da 2023-cü illə müqayisədə 1 milyon 503 min manat və ya 28% çoxdur.

2023-cü ildə toplanmış sığorta yığımlarının ümumi həcmi 5 milyon 350 min manat olub.

Hesabat dövründə bu növ sığorta üzrə ödənişlərin məbləği 472 min manat təşkil edib ki, bu da illik müqayisədə 407 min manat və ya 7,3 dəfə çoxdur.

Ötən ilin eyni dövründə 65 min manat sığorta ödənişləri edilmişdi.

Hesabat dövründə zərərlilik göstəricisi 7% təşkil edib ki, bu da son bir ildə 6% artım deməkdir. 2023-cü ilin eyni dövründə isə bu göstərici 1% idi.

Fuad Mədətov
Fins.az

Избранный
17
1
fins.az

10Источники