Olaylar.az xəbər verir ki, bu barədə Rusiyanın Çindəki səfiri İqor Morqulov "Rossiya-24" telekanalına müsahibəsində bildirib.
Diplomatın sözlərinə görə, Si Cinpin Rusiya Prezidenti Vladimir Putini də Çinə dəvət edib. Putin sentyabrın əvvəlində Çində keçiriləcək İkinci Dünya müharibəsinin başa çatması və Yaponiyaya qarşı qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edəcək.
Bundan əvvəl Kremlin müşaviri Yuri Uşakov da Çində bu əlamətdar tarixə həsr olunmuş tədbirlərin keçiriləcəyini açıqlamışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31