RU

Qəzza əhalisinin köçürülməsi hansı hüquqi nəticəyə səbəb ola bilər?- ÖZƏL

Yenidən hakimiyyətə gələn ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində bildirmişdi ki, İsrailin hərbi əməliyyatları nəticəsində evlərini itirmiş Qəzza zolağı sakinlərinin ərəb ölkələrinə köçürülməsini mümkün hesab edir. Söhbət Qəzza zolağından kənara köçürülməli olan 1,5 milyon insandan gedir. Maraqlıdır, belə bir addımın atılması hansı hüquqi nəticələrə səbəb ola bilər? Ümumiyyətlə, beynəlxalq hüquqda əhalinin məcburi köçürülməsi necə tövsüv olunur?
"Olaylar"ın məlumatına görə, hüquq müdafiəçisi, Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi haqqında Roma Statutunun 7 d maddəsinə görə "əhalinin deportasiyası və ya məcburi köçürülməsi" insanlıq əleyhinə cinayətdir. Bu cinayəti törədənlər, rəhbərlik edənlər, qərar qəbul edənlər 30 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum edilir: "Cənab Tramp Qəzza əhalisini köçürmək istəyir. Görək BCM prokuroru nə sanksiya verərəck. BCM Rusiya prezidenti və İsrailin baş nazirinə qarşı cinayət işi açıb və axtarış elan edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
8
olaylar.az

1Источники