RU

“ABŞ-nin İsrailə MOAB bombaları verməsi Yaxın Şərqdə münaqişəni alovlandıracaq - ÖZƏL

"ABŞ-nin İsrailə 11 tonluq MOAB aviasiya bombaları verməsi Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirəcək və yeni münaqişəyə səbəb olacaq". 

Olaylar.az xəbər verir ki, bu barədə Pentaqonun keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor sosial şəbəkələrdə bildirib.

O, qeyd edib ki, MOAB bombaları böyük dağıdıcı gücə malikdir və bu cür silahların İsrailə ötürülməsi Baş nazir Benyamin Netanyahunun siyasətində ciddi dəyişikliklərə gətirib çıxara bilər. Xüsusilə də, İsrailin Fələstinə qarşı daha aqressiv mövqe sərgiləməsinə səbəb ola bilər.

"İsrailə MOAB verilməsi faktiki olaraq bütün islam dövlətlərini İsrail və ABŞ-yə qarşı birləşdirəcək regional müharibəni təmin edir. Vaşinqton bu silahlarla kütləvi qırğınlara sadəcə göz yummur, artıq buna görə ABŞ xalqını da günahlandırır", - deyə Makqreqor vurğulayıb.

Ekspert əlavə edib ki, İsrailin bu cür addımları ABŞ-nin dəstəyi ilə atması digər ölkələrdə narazılıq yaradacaq və nəticədə, bir çox dövlətlər islam ölkələrinə yardımlarını artıracaq. Bu isə daha böyük bir fəlakətə gətirib çıxara bilər.

"Bu, Armaqedona aparan yoldur", - deyə Makqreqor xəbərdarlıq edib.

Bundan əvvəl Vaşinqtonun İsrailə 7 milyard dollar dəyərində silah tədarükünü təsdiqlədiyi bildirilmişdi. Məlumata görə, bu yardım paketinə dünyanın ən güclü bombalarından biri hesab edilən MOAB da daxil ola bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
5
olaylar.az

1Источники