RU

“Qəzzalıları əzəli və əbədi vətənlərindən çıxarmağa heç kimin gücü yetməz”, R.T.Ərdoğan

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Sionist lobbinin təzyiqi ilə yeni Amerika rəhbərliyinin Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim üçün heç bir əhəmiyyəti və müzakirəyə dəyər tərəfi yoxdur" deyə bildirib. O, Malayziyaya səfəri öncəsi Atatürk Hava Limanı Dövlət Qonaq Evində keçirdiyi mətbuat konfransında çıxış edib. Ərdoğan, 471 gün ərzində İsrailin hər cür qəddarlığına, vəhşiliyinə və hücumlarına baxmayaraq öz torpaqlarını tərk etməyən Qəzza xalqının orada qalmağa, yaşamağa və Qəzzaya sahib çıxmağa davam edəcəyini bildirib. 

Hansı formada təqdim olunmasından asılı olmayaraq Qəzzanı ayırmağa yönəlmiş bütün planların gerçəkliyin sərt divarına çırpılıb darmadağın olacağını qeyd edən Ərdoğan "Regionda sülh, əmin-amanlıq və inkişaf istəyənlər üçün yol atəşə daha çox benzin tökməkdən deyil, fələstinlilərin haqlarını tanımaqdan keçir" deyə vurğulayıb. 

PrezidentRəcəb Tayyib Ərdoğan əlavə edib: "Sionist lobbinin təzyiqi ilə yeni Amerika rəhbərliyinin Qəzza ilə bağlı gündəmə gətirdiyi təkliflərin bizim üçün heç bir əhəmiyyəti və müzakirəyə dəyər tərəfi yoxdur. Qəzzalıları min illər boyu yaşadıqları əzəli və əbədi vətənlərindən çıxarmağa heç kimin gücü yetməz. Qəzzası, İordan çayının qərb sahili və Şərqi Qüdsü ilə birlikdə Fələstin fələstinlilərin vətənidir."



Избранный
23
1
trt.net.tr

2Источники