RU

Qiymətli kağızlara investisiyanı kəskin azaldan banklar - SİYAHI

Azərbaycanda bir sıra banklar qiymətli kağızlara investisiyaları kəskin azaldıb.

Valyuta.az bununla bağlı araşdırma aparıb. 

“Xalq Bank”ın qiymətli kağızlara investisiyalarının həcmi 285 milyon 506 min manat olub ki, bu da 2023-cü illə müqayisədə 37,3% və ya 170 milyon 175 min manat azdır. 2023-cü ildə “Xalq Bank”ın qiymətli kağızlara yatırdığı investisiyaların həcmi 455 milyon 681 min manat idi.

“Bank Respublika”nın 2024-cü ildə ticarət və qiymətli kağızlara ayırdığı investisiyaların dəyəri  57 milyon 077 min manat təşkil edib ki, bu da 14,8% və ya 9 milyon 915 min manat azdır. 2023-cü ildə bankın qiymətli kağızlara yatırdığı investisiyaların həcmi 66 milyon 992 min manat olub.  

“Express Bank”ın qiymətli kağızlara yatırdığı investisiyaların həcmi 28 milyon 827 min manat olub ki, bu da illik müqayisədə 44,5% və ya 23 milyon 103 min manat azdır. 2023-cü ildə “Express Bank”ın qiymətli kağızlara yatırdığı investisiyaların həcmi 51 milyon 930 min manat olub.

“Yelo Bank” ötən il qiymətli kağızlara 5 milyon 128 min manat investisiya yatırıb ki, bu da illik müqayisədə 40,3% və ya 3 milyon 466 min manat azdır. 2023-cü ildə bankın qiymətli kağızlara yatırdığı investisiyaların həcmi 8 milyon 594 min manat olub. 

“AFB Bank”ın qiymətli kağızlara yatırdığı investisiyların həcmi ötən il 15 milyon 862 min manat olub ki, bu da illik müqayisədə 61,8% və ya 25 milyon 713 min manat azdır. Belə ki, 2023-cü ildə bank qiymətli kağızlara 41 milyon 575 min manat investisiya etmişdi.

Nara

Избранный
7
valyuta.az

1Источники