"İctimai TV"də start götürən "Səs Azərbaycan" yarışmasında maraqlı anlar yaşanıb.
BAKU.WS xəbər verir ki, yarışmaya qatılanlardan biri məşhur müğənni İlqar Xəyalın oğlu Teymur Hənifəyev olub.
28 yaşlı TeRöymur Naughty Boyun "La la la" mahnısını ifa edib. O güclü səsi ilə hər kəsi heyran qoyub. Xalq artisti Zülfiyyə Xanbabayevanın və tamaşaçıların xahişi ilə mahnını ikinci dəfə səsləndirib
Münsiflər Teymur Hənifəyev üstündə əməlli söz savaşına çıxıb.
İştirakçı Röya Ayxanla davam edəcəyini açıqlayıb.
Xalq artisti Teymura duet təklifi də edib.