RU

Fələstin dövləti qurmaq istəyənlər öz torpaqlarında qursunlar - İsrail naziri

Bakı, TurkicWorld

İsrailin energetika naziri Eli Kohen, baş nazir Benyamin Netanyahunun Səudiyyə Ərəbistanı torpaqlarında Fələstin dövlətinin yaradılması ilə bağlı fikirlərini dəstəkləyərək, "Kim Fələstin dövləti qurmaq istəyirsə, bunu öz torpaqlarında etməlidir" deyə bildirib.

TurkicWorld AzerVoice -ə istinadən xəbər verir ki, İsrail Ordusunun Radiosunun yaydığı məlumata görə, Kohen Fələstin dövlətinin yaradılmasına qarşı olduqlarını açıq şəkildə ifadə edib.

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu, fevralın 7-də verdiyi açıqlamada, Səudiyyə Ərəbistanının Təl-Əvivlə normallaşma üçün Fələstin dövlətinin yaradılmasını şərt qoymasına münasibət bildirərək bu fikri səsləndirmişdi.

"Əgər Fələstin dövləti istəyirlərsə, onu Səudiyyə Ərəbistanında qura bilərlər." - deyə o vurğulamışdı.

Избранный
21
turkic.world

1Источники