Azərbaycanda 2024-cü ilin yanvar-oktyabr aylarında xaricə səfər edən vətəndaşların könüllü sığortası üzrə yığımların həcmi 5 milyon 579 min manat olub.
Fins.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 441 min manat və ya 7% azdır.
2023-cü ilin eyni dövründə bu rəqəm 6 milyon 22 min manat olub.
Fuad Mədətov
Fins.az