"Qalatasaray" növbəti transferini reallaşdırmağa çox yaxındır.
Offsideplus.az xəbər verir ki, "Cim-Bom" "Sevilya"dan Xuanlu Sançezi heyətinə qatmağa çalışır. Bu barədə "Fotomaç" məlumat yayıb.
"Sarı-qırmızılar" 21 yaşlı müdafiəçi üçün İspaniya klubuna 11 milyon avro təklif edib.
Qarşı tərəfin yekun qərarı bu gün bəlli olacaq.
Qeyd edək ki, gənc futbolçu 2024/25 mövsümündə 21 oyuna çıxıb və 3 qola, 3 məhsuldar ötürməyə imza atıb.