Fransa süni intellektə 109 milyard avro sərmayə qoyacağını açıqlayıb.
Fransa prezidenti Emmanuel Makron qarşıdakı illərdə süni intellektə 109 milyard avro sərmayə qoyacaqlarını açıqlayıb.
Operativ Media xəbər verir ki, o bu barədə Fransanın "France 2" telekanalına verdiyi müsahibədə deyib.
Fransa prezidenti qeyd edib ki, hazırda ölkədə süni intellekt sahəsində təhsil alan təxminən 40 min gənc var. O bu rəqəmin 100 minə çatdırılacağını bildirib.