RU

Yaponiyanın baş naziri Trampa qızıl samuray dəbilqəsi hədiyyə edib

Yaponiyanın baş naziri Şiqeru İşiba ABŞ prezidenti Donald Trampa “Ningyouno Hanafusa Co” şirkətinin istehsalı olan qızıldan hazırlanmış kabuto samuray dəbilqəsini hədiyyə edib...

Poliqon xəbər verir ki, u barədə Yaponiyanın “Kyodo News” Agentliyi hökumətdəki mənbələrə istinadən məlumat yayıb. Qeyd edək ki, İki lider arasında görüş ötən cümə günü Vaşinqtonda baş tutub.

Agentliyin mənbəsi bildirib ki, hədiyyə ideyası cənab İşibaya yapon hərbi liderindən bəhs edən Amerika serialı “Şoqun”un populyarlığı səbəbindən gəlib. “Kyodo News” qeyd edir ki, ABŞ prezidentinin qızılı rəngi bəyəndiyi də məlumdur. Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe 2016-cı ildə Vaşinqtona səfəri zamanı cənab Trampa qızıl qolf çubuğu hədiyyə etmişdi.

Dəbilqənin istehsalçısı “Ningyouno Hanafus” şirkətindən bildirilib ki, onun ölçüləri eni 57 sm, hündürlüyü 81 sm və dərinliyi 48 sm-dir. Şirkətin prezidenti Tomoya Hanafusa bildirib ki, şirkət ötən ilin noyabrında Yaponiya Xarici İşlər Nazirliyindən qızıl samuray dəbilqəsi sifarişi alıb. Lakin onlarda ancaq əşyanın xarici VIP-ə veriləcəyi barədə məlumat var idi.

Qeyd edək ki, Yaponiyanın baş naziri Donald Trampla şəxsən görüşmək üçün ABŞ-a səfər edən ikinci dünya lideri olub. Vaşinqtona ilk səfəri İsrail hökumətinin başçısı Benyamin Netanyahu edib.

Poliqon.info

Избранный
17
2
poliqon.info

3Источники