RU

Litva Aİ-dən sualtı kommunikasiyaların qorunması üçün maliyyə istəyir

Sualtı kabellərin mühafizəsini təmin etmək üçün Litvaya 34 milyon avroya qədər vəsait lazımdır.

Herbiand.az xəbər verir ki, bunu Litvanın baş naziri Gintautas Palukkas bildirib.

Baş nazir bunun üçün Avropa İttifaqından (Aİ) maliyyə tələb olunduğunu qeyd edib.

Gintautasın sözlərinə görə, ölkə bu xərcləri qismən ödəmək üçün öz vəsaitindən istifadə edə bilsə də, yekun qərar Aİ-nin növbəti büdcəsi çərçivəsində vəsaitin ayrılmasından asılıdır. O, həmçinin vurğulayıb ki, kabellərin fiziki və texnoloji mühafizəsi üçün vəsait tələb olunur, o cümlədən kabel qırıldığı zaman elektrik enerjisinin qiymətinin artmasının qarşısını almaq üçün əlavə tədbirlər görülməlidir.

2024-cü il dekabrın sonunda Baltik dənizində sualtı kabellərin zədələndiyi məlum olub. Vəziyyətə nəzarəti gücləndirmək üçün NATO hərbi gəmiləri yanvarın ortalarında 90 gün davam etməsi planlaşdırılan “Baltik gözətçisi” əməliyyatı çərçivəsində dənizdə patrul xidmətinə başlayıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
10
herbiand.az

1Источники