Olaylar.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dünya Bankının illik qlobal hesabatının təqdimat tədbirində deyib.
O bildirib ki, bu göstəricilərə baxmayarq, təhsilin keyfiyyət göstəriciləri üzərində hələ də işlər görülməlidir: "Təhsilin erkən mərhələsinin ümumi və ali təhsilə təsirini nəzərdən keçirmək çox vacibdir. Müsbət təhsil nəticələri üçün, ilk növbədə, doğru investisiyalar tələb olunur".
Nazir həmçinin qeyd edib ki, ölkədə 1-5 yaşlı uşaqların təhsildə iştirak səviyyəsi 12%-dən 38-39%-ə qədər artıb. "Hədəfimiz isə iki il ərzində bu göstəricini 50%-ə çatdırmaqdır", - deyə E.Əmrullayev əlavə edib./APA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31